"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu bununla da tarixə düşüb.
O, İPL tarixində ən yaxşı gənc oyunçu və çempionatın ən yaxşı futbolçusu adını alan ilk şəxs olub.
Qeyd edək ki, bu mükafat 23 yaşa qədər olan futbolçulara verilir.
Xatırladaq ki, norveçli hücumçu "Mançester Siti"yə ötən yay "Borussiya Dortmund"dan keçib.
Röya