Portuqaliyada da 2022/2023 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, qızıl medallara “Benfika” sahib çıxıb.
"Qartallar" 34-cü turda öz meydanında “Portu”nu 3:0 hesabı ilə yenərək istəyinə çatıb. Ümumilikdə 87 xal toplayan "Benfika" darmadağın etdiyi əsas rəqibini 2 xal qabaqlayaraq çempionluğa qovuşub.
Bu, son dəfə 4 il əvvəl ölkə çempionatının qalibi adını qazanan "Benfika"nın 38-ci çempionluğudur.
Nihat