"Çelsi" klubu "Real Madrid"in ulduz futbolçusu Vinisius Juniorun transferi üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Məşhur qəzetin məlumatına görə, londonlular braziliyalı yarımmüdafiəçi üçün 150 milyon ödəməyə hazırdır. Viniusun da məruz qaldığı irqçi davranışa görə İspaniyadan ayrılmağa etiraz etmədiyi bildirilir.
Transfer baş tutsa, bu, "Real Madrid" üçün rekord satış olacaq. MadridLilərin ən bahalı transferi 2018-ci ildə 100 milyon avroya "Yuventus"a keçən Kriştianu Ronaldudur.
Qeyd edək ki, 22 yaşlı Vinisius 2018-ci ildən İspaniya nəhəngində çıxış edir.
Mirağa