İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Luton Taun” növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq.
Çempionşipdə mövsümün əsas hissəsini 3-cü pillədə başa vuran lutonlular pley-offda “Sanderlend”lə qarşılaşıblar. Sözügedən kollektiv səfərdə 1:2 uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində finala yüksəlib. “Uembli” stadionunda baş tutan həlledici oyunda isə mövsümü 5-ci yerdə vurmuş “Koventri” üzərindəki çətin qələbə (1:1, penalti 6:5) Luton təmsilçisini elitaya daşıyıb.
Xatırladaq ki, daha öncə Çempionşipdə çempion olan “Börnli” və ikinci yeri tutan “Şeffild Yunayted” elitaya yüksəlməyi bacarmışdı.
Mirağa