Mönhenqladbax "Borussiya"sının hücumçusu Markus Türam İtaliya nəhənginə keçə bilər.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.
Mənbə "Yuventus", "Çelsi", "Mançester Yunayted" və "Nyukasl" kimi klubların da istədiyi 25 yaşlı Türamın "Milan" variantına isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Türamın bu yay "Borussiya"nı azad agent qismində tərk edəcəyi dəqiqləşib. Fransa millisinin forvardı cari mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxaraq 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat