“Mançester Siti” İngiltərə Premyer Liqasının 2022/2023 mövsümünün qalibi olduğu üçün təxminən 166 milyon funt-sterlinq (təxminən 191 milyon avro) alacaq.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bu məbləğə yerli və xarici televiziya müqavilələrinin payı, klubun liqa cədvəlində yekun mövqeyinə görə məbləğ, həmçinin çempionatın kommersiya gəlirindən pay və Böyük Britaniyada canlı televiziyada müntəzəm çıxışlara görə bonus daxildir. .
166 milyon avro Premyer Liqada rekord pul mükafatıdır. Ötən mövsümün nəticələrinə görə, “Mançester Siti” çempionluq üçün 153 milyon funt-sterlinq alıb.
İngiltərə Premyer Liqasında 20 klubun ümumilikdə təxminən 2,7 milyard funt-sterlinq pul mükafatı alacağı da məlumdur.
Mirağa