"Mançester Yunayted" Harri Maquayrı komandadan göndərmək fikrindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
Erik ten Haqın rəhbərliyi altında əsas heyətdən kənarda qalan futbolçu üçün ən yaxşı variant icarəyə getməkdir. Bu səbəbdən "qırmizı şeytanlar" müdafiəçini müvəqqəti olaraq A Seriyasına yollamağı planlaşdırır
30 yaşlı futbolçu "Roma", "Milan", "İnter" və "Yuventus"un maraq dairəsindədir.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2019-cü ildən "Mançester Yunayted"də çıxış edir. Müdafiəçi 118 oyunda meydana çıxıb və 4 qol vurub.
Röya