PSJ-dən ayrılmağı planlaşdıran ulduz futbolçu Neymarın "Mançester Yunayted"ə keçidi baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "ESPN Deportes" məlumat yayıb.
Xəbərə görə, İngiltərə klubu 31 yaşlı hücumçunu transfer etməyə tərəddüd edir.
Belə ki, "qırmızı şeytanlar" Kriştianu Ronaldu kimi Neymara da yüksək məbləğ xərcləyib sonda peşman olmaqdan ehtiyat edir. Azarkeşlərin də klubun prezidentin evinin yanına gedib Neymarın gəlişinə etiraz etmələri qərara təsir edib.
Qeyd edək ki, braziliyalı forvardı "Çelsi"nin də istədiyi bildirilir.
Röya