Londonun “Arsenal” klubu ötən gün 42 yaşı tamam olan sabiq futbolçusu, Rusiya millisinin keçmiş üzvü Andrey Arşavini təbrik edib.
Fanat.Az xəbər verir ki, "topçular" “Twitter”dəki paylaşımında rus futbolçunun "Enfild"də "Liverpul"la matçda tarixi pokerini nümayiş etdirən videonu da yayımlayıb. Halbuki, Arşavindən sonra heç kim "Enfild"də poker edə bilməyib.
Bununla belə, "Arsenal" 8 saat sonra təbrik paylaşımını silib. Klubun bu addımı birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Arşavin 2009-2013-cü illərdə "Arsenal"da çıxış edib.
Mirağa