"Mançester Yunayted" "Portu"nun qapıçısı Dioqu Koştanı transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
İngiltərə klubu 23 yaşlı qolkiperin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirməyə hazırdır.
Portuqaliya millisinin üzvü olan Koştanın bütün karyerasını “Portu”yla bağlıdır. O, ölkə çempionatının son mövsümündə 33 oyuna çıxıb və 22 qol buraxıb.
Mirağa