PSJ-nin futbolçusu Erik Ebimbe karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 2022/23 mövsümünü icarə əsasında "Aynrtaxt"da keçirən keçirən yarımmüdafiəçi formasını geyindiyi Frankfurt təmsilçisi ilə daimi əsasda müqavilə imzalayıb.
Tərəflər müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Qeyd edək ki, 22 yaşlı Ebimbe Bundesliqada 19 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat