Rusiya millisi iyunda yoldaşlıq oyunları keçirməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Futbol qurumu milli komandaya yoldaşlıq görüşü üçün rəqib tapmayıb. Beləliklə, baş məşqçi Valeri Karpin iyun ayında keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.
Qeyd edək ki, iyunun 15-də Kamerunla Moskvada oyun planlaşdırılırdı. Ancaq afrikalılar görüşdən imtina ediblər. Ruslar həmin tarixdə başqa rəqib tapa bilməyib.
Rusiya millisi qeyri-müəyyən müddətə FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb. Komanda artıq 2022-ci il dünya çempionatını və Millətlər Liqasını buraxıb, həmçinin AÇ-2024-ün seçmə mərhələsində oynamayacaq.
Mirağa