"Sportinq"in dayaq yarımmüdafiəçisi Manuel Uqarte onun transferində maraqlı olan iki Avropa nəhəngi arasında seçim edir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.
Xəbərə görə, Uqarte həm PSJ-dən, həm də "Çelsi"dən təklif alıb. Fransa nəhəngi 22 yaşlı oyunçuya hər mövsüm üçün 5 milyon avro məvacib ödəməyə hazırdırsa, "zadəganlar" Manuelə bundan nəzərəçarpacaq dərəcədə az - 2 milyon avro verməyi planlaşdırır. PSJ-dən təklif alana qədər "Çelsi" varinatını prioritet sayan Uqartenin məhz maddi şərtlər arasındakı fərq səbəbindən Fransaya yollanmağa daha yaxın olduğu vurğulanıb.
Qeyd edək ki, sözügedən futbolçu "Sportinq"də illik 350 min avro maaş alır.
Nihat