"Çelsi"nin sabiq baş məşqçisi Qrem Potter yenidən İngiltərə Premyer Liqasında işləyə bilər.
Fanat.Az xəbər verir ki, 48 yaşlı ingiltərəli mütəxəssis ölkəsinin "Kristal Pelas" klubunu çalıdıracaq.
Məlumatı "The Independent" yayıb.
Hazırda London klubuna 75 yaşlı Roy Xodjson başçılıq edir. Lakin onun sözləşməsi yayda başa çatacaq.
Qeyd edək ki, Potter 2022-ci il sentyabrın 8-dən “Çelsi”də baş məşqçi idi. Bu ilin 3 aprel tarixində postunu tərk edib.
Röya