Almaniyanın Frankfurt şəhərində gənclər arasında futbol turniri zamanı ölümlə nəticələnən insident baş verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.
Qarşılaşmaların birindən sonra Berlindən olan 15 yaşlı futbolçu Fransanın "Mets" klubunun 16 yaşlı üzvü ilə dava edib. Alman yeniyetmə başından xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs nəzarətə götürülüb.
Mirağa