Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Evening Standard": "Tottenhem" hücumçusu Arnaut Danjuma ilə bağlı qərar verib. İngilislər icarəyə götürdüyü niderlandlı futbolçunu klubu "Vilyarreal"a geri qaytaracaq. Yanvarda komandaya cəlb olunan Arnaut ümidləri doğrultmayıb. Bu səbəbdən "Tottenhem" müqavilədəki 30 milyon avro ödəyib futbolçunu birdəfəlik almaq bəndindən yararlanmayacaq.
"Il Messaggero": “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç İtaliya nəhənglərini qarşı-qarşıya gətirib. Hazırda serbiyalı futbolçu uğrunda "Milan" və "Yuventus" arasında mübarizə gedir. "Yuventus” Sergeyə ilinə 6 milyon avro ödəməyə hazırdır. “Latsio” isə futbolçu üçün 40 milyon tələb edir.
"Marca": "İnter" "Real Madrid"in müdafiəçisi Naço Fernandes ilə danışıqlara başlayıb. Müdafiə xəttini gücləndirməyi planlaşdıran Çempionlar Liqasının finalçısı Naçonu PSJ-yə keçməyə hazırlaşan Milan Şkrinyara əvəzedici olaraq görür. Madridi azad agent kimi tərk edəcək futbolçuya "İnter" 3 illik müqavilə təklif edir.
Rəsmi: “Bolonya” “Hoffenhaym”dan icarəyə götürdüyü müdafiəçi Stefan Poşun transfer hüquqlarını alıb. Avstriyalı müdafiəçinin keçidi İtaliya klubuna 5 milyon avroya başa gəlib. 26 yaşlı futbolçu 2022-ci ilin yayından “Bolonya”da çıxış edir.
Rəsmi: "Melburn Viktori" Luiş Nani ilə vidalaşıb. Avstriya klubu 36 yaşlı yarımmüdafiəçinin 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Röya