"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensionun növbəti mövsümə harada başlayacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Xəbərə görə, 27 yaşlı oyunçunun Fransanın PSJ klubuna keçidi ilə bağlı aparılan danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir. Mənbə Asensionun azı 4 illik müqaviləyə imza atacağını vurğulayıb. Sözügedən futbolçunun ehtiyat qüvvə statusu ilə barışmadığı üçün "Kral klubu"ndan ayrılmaq qərarına gəldiyi bildirilib.
Qeyd edək ki, Marko cari mövsüm 30 La Liqa matçında forma şansı qazanaraq 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat