Kapitan Harri Maquayr yayda "Mançester Yunayted"i tərk edə bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçinin mövsümün sonunda ayrılması üçün ona 10 milyon funt-sterlinq ödəməyə hazırdır.
Komandanın kapitanı ilə müqavilənin müddəti 2025-ci ilə qədərdir və futbolçunun maaşı həftəlik 190 min funt-sterlinqdir.
Maquayr bu mövsüm Premyer Liqada 31 oyun keçirib, heç nə ilə yadda qalmayıb.
Mirağa