"İnter Mayami"nin həmsahibi Devid Bekhem baş məşqçi Fil Nevillin postundan getdiyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Bekhem Mayami təmsilçisinin rəsmi saytına belə danışıb:
"Fili baş məşqçi təyin edərkən bacardığını əsirgəməyəcəyinə inanırdıq. Mən onun necə səylə çalışdığını, hədəflərə doğru hansı həvəslə irəliləməyə can atdığını gördüm. Bəzən futbolda çətin qərarlar verməli olur, təəssüf ki, nəyisə dəyişməyin zamanı gəldiyini anlayırıq. Filə bizim kluba olan ehtirasına, gördüyü çətin işlərə və ortaya əsl insanlıq nümunəsi qoyduğuna görə təşəkkür edirəm".
Qeyd edək ki, 46 yaşlı ingilis mütəxəssis 2021-ci ilin yanvarından "İnter Mayami"ni çalışdırırdı.
Nihat