"Yuventus"un hücumçusu Moyze Kin Milan "İnter"inin forvardı Romelu Lukakunun irqçi təhqirlərə məruz qalmasının onu təəccübləndirmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Views" Kinin dediklərini belə çatdırıb:
"Mən İtaliyada doğulmuşam və hələ məktəbdə oxuyandan bir qaradərili üçün bu ölkədə yaşamağın nə dərəcədə çətin olduğunu anlamışam. Bu yöndə çox əziyyət çəkmişəm. Ümid edirəm ki, hər şey dəyişəcək. Bir müddət öncə Lukakunun rasizmə məruz qalmasına təəccüblənmədim. Sadəcə, özümə müraciət etdim: "İtaliyaya xoş gəldin, zənci!" İnsanların bir gün irqçiliyi birdəfəlik aradan qaldıracaqlarına inanıram. Biz hamımız ruhu və ürəyi olan insanlarıq.
Özüm irqçi təzyiqlərə məruz qalan zaman çox gənc idim. Yaxşı başa düşürdüm ki, rasizm var, amma onun stadionda baş verəcəyinə inanmırdım. Ovaxt sözün əsl mənasında, təəccüblənmişdim. Axı insalar futbola ailələri ilə gəlir. Belə olmaz. Bu, rəzalətdir".
Nihat