Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport.es": "Barselona" hücumçusu Ansu Fatinin 30 iyuna qədər komandanı tərk etməsini istəyir. Qeydiyyat məsələsinə görə Kataloniya klubu ayın sonuna qədər iki futbolçu ilə vidalaşmalıdır. Ancaq Fati doğma klubunu tərk etmək niyyətində deyil və "Barselona"nın basqılarına qarşı çıxır.
"Daily Mail": "Lids" baş məşqçisi Sem Ellardays postunu tərk edəcək. Ötən gün keçirilən danışıqlardan sonra ingiltərəli mütəxəssis getmək qərarına gəlib. Ellardays "Lids"də cəmi 1 ay işləyib.
"The Times": "Arsenal"ın müdafiəçisi Kiran Tirni İngiltərədə klubunu dəyişə bilər. 25 yaşlı şotlandiyalı futbolçu "Aston Villa" və "Nyukasl"ın həfədindədir. Bu yay iki klub arasında Tirni uğrunda mübarizə gedəcək.
Jurnalist Antoni Vitello: "Milan" hücumçusu Rafael Leau ilə müqaviləni yeniləyəcək. İtaliya klubu bu gün portuqaliyalı futbolçu ilə sözləmənin müddətini uzatdığını elan edəcək. Müqavilə 2028-ci ilə qədər nəzərərdə tutulub.
Rəsmi: “Ayaks” baş məşqçisi Con Heytinqanı istefaya göndərib. Buna səbəb komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsidir. Amsterdam təmsilçisi 69 xalla 3-cü olub.
Qeyd edək ki, Heytinqa “Ayaks”ın əsas komandasına bu ilin yanvar ayından rəhbərlik edir.
Röya