"Napoli" yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Xəbərə görə, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.
22 yaşlı gürcüstanlı futbolçunun maaşı 2 dəfə artacaq və o, ilinə 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən yay "Napoli"nin sıralarına qoşulub və artıq komandanın liderlərindən birinə çevrilib. Neapollurarın heyətində çempion olan gənc oyunçu bu mövsüm 40 matç keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə edib.
Röya