"Qızıl top" mükafatının təqdimetmə mərasimin keçiriləcəyi tarix bəlli olub.
Fanat.Az xəbər verir ki, Fransanın "France Football" jurnalı 2022/23 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusunun adını oktyabrın 30-da açıqlayacaq.
Mərasim Parisdə Şatelet Teatrında keçiriləcək.
Namizədlərin siyahısı sentyabrın 6-da açıqlanacaq.
Xatırladaq ki, 2022-ci ildə "Qızıl top"u həmin vaxt "Real Madrid"də çıxış edən fransalı hücumçu Kərim Benzema alıb.
Röya