"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "İnter"ə qarşı bu gün keçirəcəkləri matçdan - Çempionlar Liqasının final oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sport1" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, matçın həyəcanını indidən yaşayıram. Ək halda, futbol oynamazdım. Belə finallarda uduzmaqdan qorxmaq yox, qələbəni daha çox arzulamaq vacibdir. Axı bu qarşılaşmada uduzan tərəf aşağı liqaya düşmür. Dünyanın ən səviyyəli klub turnirinin finalından danışırıq. Oyundan mümkün qədər zövq almalı, matçın gedişində bu qarşılaşmada oynamaq üçün nələrdən keçdiyini özünə xatırlatmalısan. Mənə 18 yaşımda mənə kimsə 3 dəfə ÇL-in finalında oynayacağımı desəydi, həmin adamı dəli sayardım. Elə buna görə də neqativ ssenarilər barədə düşünmürəm".
Qeyd edək ki, final oyunu Türkiyənin İstanbul şəhərində baş tutacaq. Həlledici qarşılaşmanın start fiti 23.00-da səsləndiriləcək.
Nihat