"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri postunu tərk edərək Səudiyyə Ərəbistanında işləyəməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, italiyalıya adı açıqlanmayan bir klubdan sərfəli maliyyə təklifi gəlib. Təcrübəli mütəxəssisin Turin klubundan ayrılmaq barədə ciddi düşündüyü bildirilir.
Xatırladaq ki, "Yuventus" rəhbərliyi də Alleqrinin qeyri-qənaətbəxş nəticələrə görə qovulması barədə düşünür. Alleqri iki illik məşqçilik fasiləsindən sonra 2021-ci ilin yayında "Yuventus"a qayıdıb. İtaliyalının rəhbərliyi altında “qoca sinyora” o vaxtdan bir dəfə də olsun kubok qazanmayıb.
Mirağa