Rusiyanın "Orenburq" klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Türkiyənin "Altınordu" klubunun 19 yaşlı hücumçusu Emircan Gürlükdür.
"Transfermarkt" portalı Emircanın transfer qiymətini 350 min avro ilə dəyərləndirir. Məlumata görə, tərəflər 3 illik müqaviləyə imza atıblar. “Orenburq” bu keçidə görə “Altınordu”ya 1,2 milyon avro təzminat ödəyib. Bir müddət əvvəl gənc futbolçu ilə Rusiya çempionu "Zenit"in də maraqlandığı bildirilirdi.
Gürlük “Altınordu”nun əsas komandasında keçirdiyi 61 oyunda 7 qol vurub.
Mirağa