"Real Madrid"dən keçmiş komanda yoldaşı Luka Modriçlə Serxio Ramos Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda yenidən bir yerdə oynaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "SR4Saudi" portalı yayıb.
İspan ulduzun "Instagram"da Luka Modriçlə yenidən birlikdə oynaya biləcəyinə dair paylaşımı bəyənməsi xəbərin boşuna olmadığına dəlalət edir.
37 yaşlı Ramos PSJ ilə müqaviləsi başa çatdıqdan sonra bu yay azad agentə çevriləcək. O, karyerasının böyük hissəsini "Real"da keçirib. 2005-ci ildə "Sevilya"dan gələn müdafiəçi "kral klubu"na 2021-ci ilə qədər xidmət edib. O, 2012-ci ildə "Real"a gələn Luka Modriç ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub. Ramos və Modriç çox yaxşı dostdurlar. Təsadüfi deyil ki, Ramos PSJ-yə gedəndə Modriç buna emosional reaksiya vermişdi.
Xorvatiyalı yarımmüdafiəçi "Real"da 671 oyun keçirib və 101 qol vurub.
Mirağa