İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə yuvarlanan "Lester" klubu yeni baş məşqçi axtarışındadır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, yeni məşqçi axtarışında olan klub Stiven Cerrardı vakant posta təyin etməyi planlaşdırır.
"Lester" Din Smitin rəhbərliyi altında Çempionşipə yuvarlandıqdan sonra baş məşqçisini istefaya göndərib.
Cerrard payızda "Aston Villa"dan ayrılıb. O, bundan əvvəl Şotlandiya "Reyncers"ində çalışıb.
Mirağa