"Fiorentina"nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat gələn mövsüm "Barselona"da oynamayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Rocer Torello yayıb.
Mənbənin məlumatına görə, mərakeşli futbolçu kataloniyalıların təklifindən imtina edib.
Halbuki əvvəllər Amrabatın Barselonaya köçmək arzusunda olduğu bildirilirdi. Lakin son vaxtlar vəziyyət dəyişib. Sofyan kataloniyalıların hərəkətə keçməsini gözləməkdən yorulub. Yarımmüdafiəçi hətta klubun onunla maraqlandığına şübhə etməyə başlayıb. Sonda Amrabat “Barselona” rəhbərliyinin qətiyyətsizliyindən bezdiyi üçün “Kamp Nou”ya keçmək variantını istisna etmək qərarına gəlib.
Amrabatın yarımmüdafiənin mərkəzində Serxio Busqetsi əvəz etmək üçün əsas namizədlərindən biri idi.
Mirağa