"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanına getməyəcək.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, italyan mütəxəssis “Əl-Hilal”dan aldığı təklifi rədd edib.
Səudiyyə Ərəbistanı klubu ona mövsümə 20-25 milyon avro təklif etsə də, Alleqri “Yuventus”u tərk etmək istəməyib. Konkret, ərəblər 55 yaşlı mütəxəssisə 3 illik 70 milyon avro ödəməyə hazır idi. O, müqaviləyə imza atacağı halda, ilinə 20 milyon avro maaş, 10 milyon avro isə bonus qazanacaqdı. Hazırda isə Alleqrinin "Yuventus"da illik qazancı 7 milyon avro təşkil edir.
Xatırladaq ki, "Yuventus" rəhbərliyi də Alleqrinin qeyri-qənaətbəxş nəticələrə görə qovulması barədə düşünür. Alleqri iki illik məşqçilik fasiləsindən sonra 2021-ci ilin yayında "Yuventus"a qayıdıb. İtaliyalının rəhbərliyi altında “qoca sinyora” o vaxtdan bir dəfə də olsun kubok qazanmayıb.
Mirağa