İtaliyanın "Fiorentina" klubu rus hücumçu Aleksandr Kokorindən qurtulmağın yollarını arayır.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Fiorentina News" yayıb.
Xəbərə görə, "bənövşəyilər"in idarəçiləri son mövsümü icarə əsasında Kipr "Aris"ində keçirən Kokorini bu yay sata biləcəklərinə ümid edirlər. Mənbə "Aris"in 32 yaşlı forvardı almaq istədiyini və tərəflərin bu yöndə danışıqlara başlayacaqlarını vurğulayıb.
Qeyd edək ki, Kokorin "Aris" forması ilə çıxdığı 30 matçda 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Onun klubu Kipr çempionatının qalibi adını qazanıbsa, Aleksandr özü liqanın ən yaxşı futbolçusu ünvanına sahib çıxıb.
Nihat