"Tottenhem"in və Braziliya millisinin hücumçusu Rişarlison de Andrade "Real Madrid"də oynamaq istədiyini dilə gətirib.
Fanat.Az xəbər verir ki, "Globo" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, "Real"ın futbolkasını geyinmək istənilən futbolçunun arzusudur. "Real" dünyanın ən böyük klubudur. Ancaq mənim öz klubumla müqaviləm var. Məni niyə belə yüksək qiymətə aldıqlarını göstərməliyəm. Ötən mövsüm zədələndiyim üçün "Tottenhem"də işlərim düz gətirmədi. Qarşıdakı mövsümə ümidlə baxıram".
Qeyd edək ki, Rişarlison 2022/2023 mövsümündə Hotspur təmsilçisinin forması ilə 27 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat