London "Arsenal"ının "Çelsi"nin almaniyalı yarımmüdafiəçisi Kay Havertsə təklif etdiyi müqavilənin detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "topçular" almaniyalı futbolçuya 5 illik anlaşma fonunda "Çelsi"də aldığından daha yüksək maaş verməyə hazırdır.
2022/2023 mövsümündə "zadəganlar"ın forması ilə 47 matça çıxan Haverts 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə olan müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Daha öncə sözügedən futbolç ilə "Real Madrid"in maraqlandığı bildirilsə də, sonradan "Kral klubu"nun bu transferdən vaz keçdiyi məlum olub.
Nihat