Səudiyyə Ərəbistanından daha bir ulduz futbolçuya təklif ünvanlanıb.
Fanat.Az xəbər verir ki, söhbət "Bayern Münhen"in yarımmüdafiəçisi Tomas Müllerdən gedir.
Məlumatı "Bayern-Insider" yayıb. Xəbərə görə, ərəblər 33 yaşlı futbolçuya 3 illik sözləşmə təklif ediblər. Lakin almaniyalı oyunçu müsbət cavab verməyib.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2007-ci ildən "Bayern Münhen"in şərəfini qoruyur. 442 oyunda meydana çıxan Müller 144 qola imza atıb.
Röya