Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko ilə bağlı həbs qərarı verilib.
Fanat.Az-ın xəbərinə görə, bu barədə "Футбольный хаб" nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Lvovun Şevçenkovski Rayon Məhkəməsi futbol funksionerini 60 gün müddətinə azadlıq məhrum edib. 14 avqusta qədər həbsdə qalacaq futbol funksioner 9,9 milyon qriven (270 min dollar) girov ödəyərək azadlığa çıxa bilər.
Xatırladaq ki, Andrey Pavelko süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmədə ittiham olunur. Məsələ ilə bağlı 2021-ci ildən araşdırma aparılır və Pavelko 2022-ci ilin noyabrından saxlanılıb.
Röya