"Liverpul" yeni yarımmüdafiəçi bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət Avstriya LASK-ında çıxış edən Keyto Nakamurudan gedir.
Məlumatı "The Mail" yayıb.
Ancaq 22 yaşlı yaponiyalı futbolçunun keçidi elə də asan olmayacaq. Belə ki, "Aston Villa" da Keytonun xidmətində maraqlıdır.
Qeyd edək ki, arxada qalan mövsüm 14 qola imza atan Nakamuru Premyer Liqadan kənar klubların da diqqətini çəkib. Bu yay istedadlı futbolçu uğrundan bir çox klubun yarışacağı gözlənilir.
Röya