"Roma" futbolçusu Kris Smollinqlə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, italyanlar müdafiəçi ilə müqaviləni yenilib.
Məlumatı klubun mətbuat xidməti yayıb. Bildirilir ki, Krislə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 33 yaşlı ingiltərəli futbolçu 2019-cu ildən "Roma"da çıxış edir. O, 2019-2020-ci illər mövsümünü "Roma"da icarə əsasında keçirib, 2020-ci ildə isə transfer hüquqları alınıb. Smollinq toplam 105 oyunda meydana çıxıb və 9 qol vurub.
Röya