"Arsenal"ın yarımmüdafiəçisi və kapitanı Martin Edeqar gələcəyi haqda danışıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu TV2-yə müsahibəsində belə deyib.
“Arsenal”da xoşbəxtəm və ümid edirəm ki, burada uzun müddət qalacam. Amma müqaviləni uzatmaqla bağlı klubla danışmamışam. Düzünü desəm, bu, məni o qədər də narahat etmir. Yaydan sonra müqavilə ilə bağlı vəziyyətə baxacağıq. Tələsmək fikrim yoxdur, müqaviləmin sonuna hələ var".
Qeyd edək ki, Martin Edeqar ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə hazırkı müqaviləsinin sonuna hələ 2 il qalır.
Mirağa