Avropada çalışan daha bir futbol mütəxəssisi Səudiyyə Ərəbistanından təklif alıb.
Fanat.Az xəbər verir ki, söhbət "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperindən gedir.
TMW-nin xəbərinə görə, 54 yaşlı italiyalı mütəxəssis "Əl-Nəsr"dən dəvət alıb.
Xəbərə görə, Qasperin ərəblərin təklifini geri çevirib. O, İspaniyada qalmağa üstünlük verib.
Qeyd edək ki, Qasperin 2016-ci ildən "Atalanta"da çalışır.
Xatırladaq ki, buna kimi Joze Mourinyu, Massimiliano Alleqri kimi mütəxəssislər də Səudiyyə Ərəbistanı klublarının təklifini geri çevirib.
Röya