"Liverpul" sabiq ulduzu Sadio Mane İngiltərəyə qayıtmaq arzusundadır.
Fanat.Az xəbər verir ki, "Bayern Münhen"də istədiyi karyerasını qura bilməyən seneqallı hücumçu İPL-ə qayıtmaq arzusundadır.
Onunla "Nyukasl"ın maraqlandığı bildirilir. İddiaya görə, artıq tərəflər arasında əlaqə qurulub. 31 yaşlı futbolçu tezliklə Almaniya klubu tərk etmək niyyətindədir.
Qeyd edək ki, Seneqal millisinin üzvü 2022-ci ildə "Liverpul"dan "Bayern Münhen"ə keçib. O, 21 oyunda forma geyinib və 7 qol vurub.
Röya