"Almeriya" klubunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, La Liqa klubuna Visente Moreno rəhbərlik edəcək. 48 yaşlı ispaniyalı mütəxəssis bu postda Rubini əvəz edib.
Qeyd edək ki, "Almeriya" başa çatan mövsümü 20 komanda arasında 17-ci pillədə başa vurub.
Xatırladaq ki, Visentenın son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Şahab" klubu olub.
Röya