Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky Sports": "Çelsi"nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanında çıxış edə bilər. 31 yaşlı seneqallı futbolçu "Əl-Hilal" klubundan təklif alıb. Hazırda tərəflər arasında danışıqlar gedir.
ESPN: "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İspaniyada davam etdirə bilər. Futbolçu "Barselona"ya təklif olunub. Ancaq turinlilər də Rabyonu əldən buraxmaq niyyətində deyil. "Yuventus" 28 yaşlı fransalı futbolçu ilə sözləşməni yeniləmək niyyətindədir. Adrienin klubu cari sözləşməsi iyunun sonunda başa çatır.
"Sky Sports": "Lester"dən ayrılan Brendan Rocers Şotlandiya çempionatına geri dönə bilər. 50 yaşlı şimali irlandiyalı mütəxəssis sabiq klubu "Seltik"in baş məşqçisi olacaq. Rocers 2016-2019-cu illərdə Qlazqo təmsilçisini çalışdırıb.
***
Rəsmi: “Yuventus”un yetirməsi Alessandro Di Pardonu satıb. 23 yaşlı müdafiəçi ötən ilin yayında icarəyə keçdiyi "Kalyari"də qalacaq. Sözügedən klub "qoca sinyora"ya 1,1 milyon avro ödəyərək Alessandronun transfer hüquqlarını satın alıb.
Rəsmi: “Kayserispor” 2 futbolçusu ilə vidalaşıb. Türkiyə klubu yarımmüdafiəçi Bernard Mensah və hücumçu Mario Qavranoviç ilə yolları ayırıb. Hər iki oyunçunun müqaviləsinin müddəti başa çatıb.
Röya