Daha bir məşhur futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, sözügedən ölkənin "Əl-Hilal" klubu "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi heyətinə qatıb. Bu transferin ərəblərə 55 milyon avroya başa gəldiyi və Neveşin tibbi müayinədən keçərək 3 illik müqaviləyə imza atdığı vurğulanıb.
Qeyd edək ki, portuqaliyalı Ruben "canavarlar"ın sıralarına 2017-ci ildə cəlb edilmişdi. "Portu"dan gələn oyunçu 2022/2023 mövsümündə "Vulverhempton" forması ilə 35 Premyer Liqa matçına çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat