PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalında Argentinadan aldıqları məğlubiyyəti (3:3, penaltilərlə 3:4) yada salıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, həlledici matçdakı het-triki işə yaramayan Mbappe belə danışıb:
"O vaxt nə baş verdiyini dərindən anlamırdım. Etdiyim het-triki bizə 1:0 hesablı qələbə gətirəcək eybəcər qola dəyişərdim.Tarix yazmaq istəyirdik. Kuboka yaxınlaşıb onu qaldıra bilməmək ağır idi. Dünya çempionatı mövsümün xüsusi hadisəsi oldu. O qalan hər şeyi kölgədə qoyur".
Qeyd edək ki, Mbappe 8 qolla Qətərdəki mundialın bombardiri olub.
Nihat