"Əl-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisindəki gələcəyi ilə bağlı açıqlama verib.
Falant.Az-ın xəbərinə görə, 38 yaşlı forvard bu barədə "O Jogo"ya danışıb:
"Milli komandanın qol və oyun rekordları mənə məxsusdur. Amma mən rekordların arxasınca getmirəm, rekordlar məni izləyir. Xoşbəxtəm. Bu, ən yüksək səviyyədə oynamaq üçün əla motivasiyadır. Mən hələ də çox rekordlar edəcəm və Portuqaliya ilə tarix yazmaq arzusundayam. Ümid edirəm ki, daha bir neçə titul qazana bilərik".
Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin şərəfini qoruyur. 199 oyunda forma geyinən forvard 122 qola imza atıb.
Röya