UEFA rəsmi saytı vasitəsi ilə Almaniyada keçiriləcək Avro-2024-ün maskotunu təqdim edib.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin maskotu ayı balası olacaq.
Qarşıdakı iki həftədə azarkeşlər UEFA-nın saytında səs verərək talismanın adını müəyyənləşdirəcəklər. Alman dilində ayı anlamına gələn "bär" sözündən istifadə edilərək təklif olunan 4 variant isə belədir: Albärt, Bärnardo, Bärnheart və Herzi von Bär.
Avro-2024 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində keçiriləcək. Turnirin qrup mərhələsində 24 milli komanda iştiark edəcək.
Nihat