Almaniya futbolunun canlı əfsanələrindən olan Lotar Matteus "Bayern Münhen"in 27 yaşlı müdafiəçi Lük Ernandesi satmalı olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" onun söylədiklərini belə çatdırıb:
"Mən onların yerinə olsaydım, Lük Ernandesi dərhal sataradım. Onun kluba bağlı olmadığı aşkar sezilir. Karyerasına baxsaq, qiyməti çoxdur. Düzdür, meydanda yaxşı mübarizə aparır. Amma bir neçə dəfə zədə alıb aylarla oynamadığını da unutmayaq. Heç olmasa, bunu unutmamalıydı. Ancaq görünən budur ki, Lük o günləri xatırlamır. Hə, mən onun üstünə qiymətini yapışdırıb vitrinə qoyardım".
Nihat