"Yuventus" amerikalı yarımmüdafiəçi Veston Makkenninin klubdakı gələcəyinə aydınlıq gətirib.
Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, “qoca sinyora” 24 yaşlı futbolçu ilə bu yay ayrılacaq.
Turinlilər Makkenninin transferindən təxminən 30 milyon avro əldə etmək istəyir.
Veston ötən mövsüm “Lids”də icarə əsasında çıxış edib. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb. Onun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Mirağa