"İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, sözügedən ölkənin adı dəqiqləşməyən klubu xorvat futbolçuya yüksək maaş təklif edib və o, bu varianta "yox" demək niyyətində deyil. Mənbə "İnter"in Brozoviçi 15 milyon avrodan daha yüksək qiymətə satacağını vurğulayıb. "Qara-göylər"in ərəblərin məhz bu məbləğdə olan ilkin təklifini geri çevirdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, "İnter"ə 2015-ci ildə Zaqreb "Dinamo"sundan transfer edilən 30 yaşlı Brozoviç geridə qalan mövsümdə A Seriyasında 28 matça çıxıb. Bu oyunlarda 3 qol vuran Marselo 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat