"Çelsi"nin yarımmüdafiəçisi Hakim Zieş karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Ziyeşin xidmətində "Əl-Nəsr" maraqlıdır və tərəflər artıq şəxsi müqavilə ilə bağlı razılığa gəlib. Mənbə qeyri-adi nəsə baş verməyəcəyi halda, "Çelsi"nin istədiyi məbləği ödəməyə hazır olan ərəblərin Hakimlə müddəti 2026-cı ilin iyununa qədər nəzərdə tutulan anlaşma imzalayacağını açıqlayıb.
Geridə qalan mövsümdə "zadəganlar"ın forması ilə bütün turnirlərdə 24 matça çıxan Ziyeş 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 38 yaşlı Kriştianu Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in uğurarı üçün çalışır.
Nihat